Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib

Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Təltif edilənlər arasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzində şöbə müdiri Sevda Hacıyeva da var.

Belə ki, Sevda Hacıyeva "Tərəqqi" medalı ilə təltif edilib.

Xatırladaq ki, Sevda Hacıyev uzun müddətdir aqrar sektorda çalışır.

S.Hacıyevaya bu il aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.