“AzerGold”da Ülviyyə Həsənovaya vəzifə verildi

“AzerGold” QSC-nin media şöbəsinə yeni rəhbər təyin edilib.

“"BusinessTime" PostMedia”ya istinadən xəbər verir ki, bu vəzifə Ülviyyə Həsənovaya həvalə edilib.

Bu təyinata qədər o, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Upstream Management International" MMC-nin, "BTB Bank” ASC-nin, Azərbaycan investisiya Holdinginin (AİH) və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) mətbuat xidmətlərində müxtəlif vəzifələrdə çalışıb.