Azərbaycanda yeni ombudsman seçiləcək
Milli Məclisə "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" sənəd daxil olub.
BusinessTime xəbər verir ki, bu məsələ parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə salınıb.


