“Vikipediya videodərsləri” adlı maarifləndirici layihə həyata keçirilib
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Şirinovanın rəhbərliyi altında “Vikipediya videodərsləri” adlı maarifləndirici layihə həyata keçirilib.
BusinessTime.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda Vikipediyada redaktə prosesinin daha asan öyrənilməsi üçün müxtəlif videodərslər hazırlanıb. Bu materiallar istifadəçilərə məlumatların yenilənməsi, şəkil yüklənməsi və digər əsas funksiyaların tətbiqi barədə addım-addım təlimatlar təqdim edir.
Layihənin yaranma səbəbi odur ki, hər ay 300–400 yeni istifadəçinin qeydiyyatdan keçməsinə baxmayaraq, onların əksəriyyətinin platformadan düzgün istifadə qaydalarını bilməməsi ilə bağlıdır. Mövcud təlimatların kifayət qədər aydın izah olunmaması yeni redaktorlar üçün çətinlik yaradır.
Layihə rəhbəri Dünya Şirinova qeyd edib ki, hazırlanan videodərslər Azərbaycandilli istifadəçilərin Vikipediyada rahat şəkildə fəaliyyət göstərməsinə, həmçinin bilik və bacarıqlarını artıraraq daha keyfiyyətli töhfələr verməsinə şərait yaradır.
Videodərslərlə tanış olmaq üçün YouTube kanalına daxil ola bilərsiniz:
https://www.youtube.com/channel/UCCXiOl-JMRkr89v6rdul9YA
https://youtube.com/@aiktsa?si=tI8y93mhoolXFDNC



