Gözlənti dilemması və Yüksəliş

Gözlənti dilemması və Yüksəliş

Builki yarışmanın qeydiyyatının bitməsinə təxmini 5 gün qalıb. Son ay aldığım yalan olmasın onlarla mesajdan və müzakirədən sonra bu yazını yazmaq qərarına gəldim.

Gördüyüm odur ki, müsabiqə ilə bağlı ən böyük challenge-lərdən birisi gözləntilərdir. İştirakçı olaraq bir cür, qalib olaraq bir cür gözləntilər var. 

Misal üçün, iştirakçı olanda və ya olmamışdan əvvəl düşünə bilərsən ki:

- "Ə nə var ki? Aşağı yuxarı bir yarışmadır da. Sən bilirsən mən TQDK imtahanından neçə yığmışam?"
Bəlkə bir az abartıram, amma belə düşünən var. Sonra da bir çoxusu 2ci mərhələni belə keçə bilmirlər (misal üçün, bir dəfə elə özüm kəsilmişəm).

- "Orda olanlar  əjdahadır (ya verilən tapşırıqlar çox çətindir). Mən bacarmaram".

Hər mərhələdə siz də xüsusi bir bilik və bacarıq  hissəsini yoxlayırlar. Normalda bu yoxladıqları məqamlardaki boşluqları doldurmaq üçün qısa müddətli kurslar bəs etmir. Məntiq odur ki, nəyin varsa onunla gəl baxaq yoxlayaq. 

Lakin istisnalar var - keçən ilki format kimi olsa, 2ci mərhələdə (verbal və rəqəmsal məlumatlarla işləmək, abstrakt və məntiqi düşüncə) olan boşluqları müəyyən edib hazırlaşa bilərsiniz. Necə? Youtube-da misallar var (keçən il olan imtahan (yenə də deyirəm, dəyişə bilər), müəllimlər var hansı ki, ən azı sizin indiki bilik səviyyənizi artıra bilərlər. 

Şəxsən mən bir az Youtube-da qurdalanmışdım və aydın olmayan sualları dost-tanışdan soruşmuşdum. 
Yenə də, deyirəm  - Gəncəlilər demiş, "at döy, dəvə döy". Mən sizin yerinizdə olsam mütləq yoxlayardım özümü. Hər mərhələ iştirakçıya özü barədə əla bir feedback verir. Anlayırsan ki, əslində harda necəsən. Bundan əlavə yaxşı bir idman marağı yaranır və ən əsası əla tanışlıqlar əldə edirsən.

Son tövsiyəm - çalışın Sizin kimi müraciət edənlərdən kiçik komandalar formasında prosesə girin. 3-5 nəfər eyni düşüncəli adamlar tapın və ən azı dərdinizi onlarla bölüşün. Hər birinizə uğurlar! Suallarınız olsa yaza bilərsiniz. Cavabını bildiyim nəysə olsa məmnuniyyətlə bölüşməyə hazıram!

Toğrul Ələkbər