"ING" bankda kütləvi ixtisar - 400 iş yeri ləğv edilir

"ING" bankda kütləvi ixtisar

Niderlandın ən böyük maliyyə qurumlarından olan "ING" bankı 1,65 milyard avroluq yeni səhm geri alımı proqramını və qlobal miqyasda 400-ə yaxın iş yerinin ləğv ediləcəyini elan edib.

BusinessTime xarici mediaya istinadən xəbər verir ki, bankın üçüncü rüb üzrə xalis mənfəəti 3,5% artaraq 1,85 milyard avroya çatsa da, bu rəqəm analitiklərin proqnozlarını doğrulda bilməyib. Korporativ idarəetmənin yenidən qurulması çərçivəsində aparılan ixtisarlarla yanaşı, 2027-ci ilin yanvarında səhmdarlara 250 milyon avro həcmində əlavə nağd dividend ödəniləcəyi bildirilib.

Qurumun maliyyə göstəricilərinə xüsusilə problemli kreditlər üçün ayrılan və gözləniləndən xeyli yüksək olan 403 milyon avroluq risk ehtiyatı mənfi təsir göstərib. Buna baxmayaraq, bankın əsas kapital adekvatlıq əmsalı ekspertlərin gözləntilərini üstələyərək 13,3%-ə yüksəlib.