Azərbaycanın tütün ixracından 61 milyon dollar qazandı
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın tütün və tütün məmulatları ixracından əldə etdiyi gəlir 61,1 milyon dollar təşkil edib.
BusinessTime Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə bu sahədən ölkəyə daxil olan vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon dollar çoxdur.
Rəsmi statistikaya əsasən, ilin geridə qalan doqquz ayı ərzində tütün məhsullarının xarici bazarlara satışı Azərbaycanın ümumi ixrac həcminin 0,26 faizini əhatə edib.


