Vərəsə mirasda imtina etmədiyi təqdirdə, mirası qəbul etmiş sayılır
Miras işləri üzrə praktida ən çox rast gəlinən məsələlərdən biri mirasın qəbul edilməsi faktının təsdiqlənməsi və ya mirasın qəbul edilməsi üzrə buraxılmış müddətin üzrlü hesab edilməsi məsələsi idi. Artıq bu tip məsələlərə son qoyulmuşdur.
Bunu BusinessTime-a açıqlamasında vəkil Əziz Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.12.2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.
Beləliklə, vərəsə mirasda imtina etmədiyi təqdirdə, mirası qəbul etmiş sayılır.

