Türkiyə şirkəti Qarqarçayda su tədbirləri ilə bağlı layihəni 2 milyona hazırlayacaq
Kürün sağ qolu olan və Şuşa, Xankəndi, Xocalı, Ağdam və Ağcabədinin ərazisindən axan Qarqarçay hövzəsi üzrə su axımının tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı tədbirlərə başlanılır.
Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat əldə edib.
Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb.
Qurumun sifarişi ilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərini Türkiyənin “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycandakı Filialı 2 milyon manata hazırlayacaq.

