Tibbi maska istehsalı ilə bağlı güzəştlərin müddəti uzadılıb
Tibbi maska istehsalı üçün xammalın rüsumdan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək artırılıb.
BusinessTime xəbər verir ki, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərdə göstərilib.
Dəyişikliyə görə, 5603 11 900 1, 5603 12 900 1 və 5603 13 900 1 alt yarımmövqelərinə aid sətirlərin tarif dərəcəsi 0 % göstərilib.
Həmin yarımmövqelərdə olan mal növləri isə əsasən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallarıdır.
Qeyd edək ki, pandemiya səbəbindən Azərbaycanda bir neçə ildir ki, eyni məhsullar rüsumdan azad idi. Sonuncu dəfə 2022-ci ildə yenilənən qaydalara görə, güzəşt müddəti 2024-cü ilin dekabrın 31-dək uzadılıb.
Yazar

