Baş Nazir bir sıra məhsulların idxal rüsumdan azadolma müddətini 7 il artırdı

Baş Nazir bir sıra məhsulların idxal rüsumdan azadolma müddətini 7 il artırdı

Azərbaycan idxal edilən balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, selülozik kağız və bu kimi məhsullar 2030-cu ilin 31 dekabrına qədər müvafiq olaraq 155 %-lik idxal rüsumundan azad edilib.

BusienssTime, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərdə göstərilib.

Qeyd edək ki, bu ilin fevralın 8-də Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə qeyd edilən mal növləri 2023-cü ilin dekabrın 31-dək həmin ödənişlərdən azad edilmişdi. Baş Nazirin imzaladığı yeni qərar isə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Yazar