Roma Papası vəfat edib

Roma Papası vəfat edib

Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) vəfat edib.

Bu barədə "Reuters" Vatikana istinadən məlumat yayıb.

Roma Papası 88 yaşında vəfat edib.

Qeyd edək ki, 2013-cü ildə Roma Papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmaniya xəstəliyindən əziyyət çəkirdi.

Onun son dəfə ictimaiyyət qarşısına çıxması bir gün əvvəl baş vermişdi, o zaman o, Pasxa müraciəti ilə çıxış etmişdi.