Zəngilanda Aqrar Biznes Festivalı keçiriləcək
30 aprel tarixində Zəngilan rayonu Ağalı kəndində növbəti Aqrar Biznes Festivalı keçiriləcək.
Bu barədə BusinessTime.az-a Aqrar İnnovasiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.

