"PAŞA Həyat Sığorta" dövlətə olan 1 milyon manat borcu ödədi - YENİLƏNİB

"PAŞA Həyat Sığorta" dövlətə olan 1 milyon manat borcu ödədi

"PAŞA Həyat Sığorta" ASC bu gün ərzində yığılmış borcu tam şəkildə ödəyib.

Bu barədə şirkətdən bildirilib.

Hazırda kommersiya qurumlarının dövlət reyestrində şirkətin borcu sıfırlanıb.

XXX

"PAŞA Həyat Sığorta" ASC-nin böyük məbləğdə borcu yaranıb.

Şirkətin hazırda 1 077 609 manat vergi borcu var. 

Hazırda "PAŞA Həyat Sığorta" Azərbaycanın sığorta bazarında vergi borcu olan yeganə şirkətdir.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" bu ilin yanvar-iyun aylarında 22,7 milyon manat xalis mənfəət əldə edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Şirkətin aktivləri isə ötən il iyulun əvvəlinə nisbətən 1,6% azalaraq 840,6 milyon manat təşkil edib.

"PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır.

ASC-nin səhmləri 100 % daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur. Şirkətin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovadır. (Yurd.Media)