Vergi borcu olan bu şirkətə yeni direktor təyin ediləcək

Vergi borcu olan bu şirkətə yeni direktor təyin ediləcək

"Rabitə Quraşdırma" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək.

Yığıncağın aprelin 15-də keçirilməsi nəzərdə tutulub.

Gündəlikdə olan məsələlər:

1. Direktorun təyin edilməsi.
2. Səhmdarların siyahısında dəyişiklik edilməsi.

Qeyd edək ki, "Rabitə Quraşdırma" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 13152 nizamnamə kapitalına malik şirkətin hazırda qanuni təmsilçisi Dadaşov Əsəd Cəfər oğludur.

Məlumata görə, şirkətin dövlət qarşısında vergi borcu da vardır. Belə ki, "Rabitə Quraşdırma"nın hazırda vergi borcunun miqdarı 3530 manat təşkil edir. (İqtisadiyyat)