“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı
Ölkəmizdə xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə fəaliyyətə başlayan “Nazlı Ana” Xeyriyyə Təşkilatının açılış mərasimi keçirilib. Tədbirdə ziyalılar, iş adamları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. 
 
Mərasimdə  “Nazlı Ana” Xeyriyyə Təşkilatının təsisçisi Səbinə Nağıyeva açılış nitqi ilə çıxış edib. Bildirib ki, “Nazlı Ana” Xeyriyyə Təşkilatının əsas missiyası aztəminatlı ailələrdən olan tələbə qızların təhsil imkanlarını genişləndirmək, onların sağlam və güvənli gələcəyinin qurulmasına töhfə verməkdir. Onun sözlərinə görə, Xeyriyyə Təşkilatı ehtiyacı olan insanlara birlikdə dəstəyin, mərhəmət və qayğının təcəssümüdür.  
 
Daha sonra “Nazlı Ana” Xeyriyyə Təşkilatının icraçı direktoru Elnur Kələntərov çıxış edərək, fondun strukturu, fəaliyyət istiqamətləri, həyata keçiriləcək layihələr barədə qonaqlara məlumat verib.

Qeyd edib ki, təşkilat əsasən ali təhsil alan tələbə qızların sosial rifahının gücləndirilməsi, təhsilin əlçatanlığının artırılması, bilik və bacarıqlarının inkişafı istiqamətində fəaliyyət göstərir. E.Kələntərov vurğulayıb ki, edilən hər bir ianə sosial-iqtisadi cəhətdən həssas qruplardan olan tələbə qızların akademik inkişafına və onların təhsil imkanlarının genişləndirilməsinə yönəldilir. 
 
Tədbirdə Xeyriyyə Təşkilatının https://nazliana.org saytının və sosial şəbəkə hesablarının https://www.instagram.com/nazlianafondu/, https://www.facebook.com/nalianafondu/ təqdimatı keçirilib.
Digər qonaqlar da  “Nazlı Ana” Xeyriyyə Təşkilatının fəaliyyətə başlamasını yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını bildirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Qeyd edək ki, “Mərhəmət və sabaha qayğı ilə” şüarı ilə fəaliyyətə başlayan “Nazlı Ana” Xeyriyyə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 dekabr 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas prioritetləri ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, təqaüd proqramının əhatə dairəsinin artırılması, təqaüdçü tələbələrin akademik göstəricilərinin müntəzəm və şəffaf qaydada izlənməsidir. 
 
 
 
1
1
1
1
1