Naxçıvan Perinatal Mərkəzin direktoru işdən çıxarıldı

Naxçıvan Perinatal Mərkəzin direktoru işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası (MR) Perinatal Mərkəzinin direktoru işdən azad edilib.

Bununla bağlı Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxov Əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad olunub.

Onun işdə yol verdiyi nöqsanlar və vətəndaşların çoxsaylı şikayətlərinə görə vəzifəsindən çıxarıldığı qeyd olunub.