Nardan hazırlanan təbii məhsullar - FOTOLAR

Nardan hazırlanan təbii məhsullar

Nar Azərbaycanın ən qədim və milli meyvələrindən biridir. Ənənəvi mətbəxdə, folklorda, ədəbiyyatda və incəsənətdə narın yeri xüsusi vurğulanır. Qədim nağıllarımızda nar bolluq, firavanlıq, xoşbəxtlik, ailə və məhəbbət rəmzi kimi təqdim edilir. Xüsusilə Göyçayda keçirilən Nar Festivalı Azərbaycanda narçılıq ənənəsini yaşadan əsas tədbirlərdən biridir. Burada fərqli sortlardan narlar nümayiş etdirilir, nardan hazırlanan məhsullar – nar şirəsi, nar şərabları, nar doşabı, nar mürəbbəsi, nar sirkəsi – satışa çıxarılır.

Bakın Nəsimi rayonu ərazisində "Köhnə Təzə Bazar"da fəaliyyət göstərən mağazanın müdiri İlham Umudov deyir ki, nar hər zaman həm təbii dərman, həm də sağlamlıq mənbəyi kimi tanınıb. Onun tərkibində zəngin vitaminlər, minerallar, antioksidantlar və bioloji aktiv maddələr var. 

İlham Umudov 30 ildən çoxdur ki, bu sahə ilə məşğul olur.

Artıq 3 aydır ki, "Köhnə Təzə Bazar"da  nar və nar məhsullarının satışını həyata keçirir.

Mağazada təbii və müalicəvi nardan hazırlanmış müxtəlif çeşiddə məhsullar vardır. Qiymətlərə gəldikdə isə 4-15 manat arasında dəyişir.

Məhsullarla bağlı daha ətraflı məlumat almaq üçün zəng edə biləsiniz:
 
055 786 36 87
1
1
1
1
1
1
facebook sharing button
whatsapp sharing button
telegram sharing button
messenger sharing button
twitter sharing button
email sharing button
sharethis sharing button