“PAŞA Holding” aztəminatlı ailələr yardım etdi

“PAŞA Holding”  aztəminatlı ailələr yardım etdi
“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12900-dən çox ailənin 1-ci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin edib. 
Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün təhsildə bərabər imkanlar yaratmaqla yanaşı, həm də sosial rifahın dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün azaldılmasına yönəlib. “PAŞA Holding” KSM tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
Layihə “PAŞA Holding”in cəmiyyətdə dəyər yaratma və inklüziv inkişafı təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən davamlı sosial layihələr silsiləsinin bir hissəsidir.