Mediator Nərvin Mahmudovanı tanıyaq!

Mediator Nərvin Mahmudovanı tanıyaq!

Nərvin Mahmudova 2010-cu ildə “Bakı Dövlət Universitetinin” Hüquq fakültəsindən məzun olmuşdur.

2013-ci ildə “Azərbaycan Dövlət İqtisad Universitetində” “Maliyyə “ ixtisası üzrə distant təhsil almışdır.
2011-2014-cü illər ərzində “Azərbaycan Respublikasının Mərkəzi Bankının” hüquq departamentində aparıcı hüquqşünas vəzifəsində çalışmışdır.

Bir müddət hüquqşünas kimi fəaliyyətini “Bank Aktivlərinin İdarəedilməsi Agentliyində”, hal-hazırda isə “Certus” Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirir.

2023-cü ildə “Mediasiya üzrə Ədliyyə Akademiyasının təşkil etdiyi təlimlər” üzrə “Mediatorların ilkin hazırlıq kursunu”, 2024-cü ildə “Ailə münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu” və “Əmək münasibətləri üzrə ixtisaslaşmış mediatorların hazırlıq kursunu” müvəffəqiyyətlə bitirmişdir.
2023-cü ildən Mediasiya Şurasının üzvüdür.