Səmayə Məmmədova gənclərlə görüşəcək
Tanınmış jurnalist, PR menecer, uzun müddət müxtəlif dövlət qurumlarında mətbuat katibi kimi fəaliyyət göstərmiş Səmayə Məmmədovanın gənclərlə növbəti görüşü təşkil ediləcək.
Bu barədə Səmayə Məmmədova özü məlumat verib.
O qeyd edib ki, NAYORA-nın dəvəti ilə 6 aprel saat 11.00-da "Media savadlılığının artırılması" layihəsi çərçivəsində gənclərlə görüşə gələcək.
Təlimdə iştirak etmək istəyənlər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeskVXlPMq1jwvrImUTFEYRN-HHA3G9GIW0851ZxLaluEmjyA/viewform
BusinessTime


