Şuraya üzv olan mediatorların sayı 290-a çatıb

Şuraya üzv olan mediatorların sayı 290-a çatıb

Mediasiya Şurası 2022-ci il 5 yanvar-31 mart tarixləri üzrə fəaliyyəti ilə bağlı ümumi hesabatı açıqlayıb.

Mediasiya Şurası İdarə Heyətinin üzvü və İntizam Komissiyasının sədri Sima Yaqubova BusinessTime-a açıqlamasında bildirib ki, Şuraya üzv olan mediatorların ümumi sayı 290-dir. Onlardan 217-si aktiv fəaliyyət göstərən mediatorlardır.

Bakı şəhəri üzrə 143, Naxçıvan Muxtar Respublikası üzrə 5, digər şəhər və digər rayonlar üzrə isə 69 mediator fəaliyyət göstərir.

Məlum olduğu kimi, Mediatorun fəaliyyəti “Mediasiya haqqında” Qanunla tənzimlənir. Mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır.

Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyəti tədbirləri tətbiq edilir:

BusinessTime