AQSİA-nın Uzaq Şərqdən tərəfdaşları Bakıdadır

AQSİA-nın Uzaq Şərqdən tərəfdaşları Bakıdadır

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının  üzvü olan xanım sahibkarların  Yaponiya iş xanımları ilə görüşü  keçirilib.

Tədbirin açılışında çıxış edən  AQSİA  İdarə Heyətinin sədri Səkinə Babayeva  tədbir iştirakçılarına Yaponiyadan gələn iş xanımları ilə bağlı qısa məlumat verib.

Vurğulayıb ki, yapon xanımların  Azərbaycana səfərinin məqsədi, öz brendlərinin ölkəmizdə və Azərbaycan üzərindən başqa türk, islam ölkələrinə təqdim etmək və satışını təmin etməkdir: "Azərbaycanda araşdırma aparıb, investisiya mühitini öyrənmək məqsədilə  TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə hazırda Azərbaycandadırlar. Eyni zamanda ölkələrimiz arasında  əməkdaşlığa töhfə vermək üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqda maraqlıdırlar".

Daha sonra  tədbirin xüsusi qonaqları, Azərbaycana səfər etmiş Yaponiyanın "Organic Halal VKSARA" kosmetik brendinin sahibləri Yumiko Nakano, Riqia Nakano çıxış ediblər. Yumiko Nakano bildirib ki, bu qədər gözəl xanımların bura toplanması həqiqətən də çox gözəl bir şeydir və Azərbaycan xanımları çox gözəldirlər:" Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycanda xanımların geyim tərzi,  baxım məhsullarından  istifadə mədəniyyəti məni valeh etdi. Azərbaycana   ilk dəfə gəldiyim üçün bilmədyim çox şey var. Bundan sonra mən onları sizlərdən öyrənəcəyəm. Düşünürəm ki, Azərbaycana yenə gələcəm. Hazırda biz öz brendimizin Azərbaycan xanımlarına tanıtmaq istəyirik".

İşgüzar səhər yeməyindən sonra Yumiko Nakanonun qızı Riqia Nakano təqdim etdikləri brend məhsulu haqqında geniş məlumat verib. Daha sonra AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Assosiasiyasının adından qonaqlara hədiyyələr təqdim edib. 

Tədbirin sonunda  xatirə şəkilləri çəkilib.

BusinessTime