Manatın nominal və real effektiv məzənnəsi artıb
2026-cı ilin avqustun 1-i tarixinə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 104,9 faiz bəndi təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici aylıq ifadədə 1,4 faiz bəndi, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,1 faiz bəndi artıb.
Hesabat dövründə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 176,4 faiz bəndinə yüksəlib. Bu göstərici əvvəlki ayla müqayisədə 2,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,7 faiz bəndi artıb.
Eyni zamanda, 2026-cı ilin avqustun 1-i tarixinə manatın ümumi real effektiv məzənnəsi 116 faiz bəndi olub. Bu, aylıq ifadədə 0,8 faiz bəndi, illik ifadədə isə 2,3 faiz bəndi artım deməkdir.
Qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi isə hesabat dövründə 110,6 faiz bəndi təşkil edib. Göstərici aylıq ifadədə 1,1 faiz bəndi artıb, illik ifadədə isə dəyişməyib.


