243 min unsiyadan çox qızıl hasil edilib

243 min unsiyadan çox qızıl hasil edilib

"Çovdar" yatağının birinci fazası - oksid mərhələsi üzrə 2021-ci ildə istismar işləri tamamlanıb, 243,4 min unsiya həcmində qızıl hasil edilib. "Çovdar" yatağının ikinci fazası - sulfid mərhələsi və cinah yataqları üzrə hasilata başlanılıb.

Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, 2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlarda əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub.

“Yaxın perspektivdə isə regionda yeni cinah yataqlarının kəşf edilməsi və resursların artırılması ilə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) fəaliyyət müddətinin daha da uzadılması hədəf olaraq qarşıya qoyulub”, - deyə Zakir İbrahimov əlavə edib.