“Maliyyə və bank sektorunda risklərin idarə edilməsi” seminarı keçirilib

“Maliyyə və bank sektorunda risklərin idarə edilməsi” seminarı keçirilib

10 may 2025-ci il tarixində keçirilən “Maliyyə və bank sektorunda risklərin idarə edilməsi” seminarı keçirildi.
 
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və (Azərbaycan Konsaltinqlər Assosiasiyası (AKA) birgə təşkilatçılığı ilə baş tutan bu tədbir, maliyyə və risklərin idarə olunması sahəsində peşəkar biliklərin və təcrübələrin paylaşılması üçün əhəmiyyətli bir platforma oldu.

Tədbir iştirakçıları arasında risklərin idarə olunması sahəsində çalışan mütəxəssislər və bu sahəyə maraq göstərən peşəkarlar yer alırdı

Seminar çərçivəsində Ekspertlər Cəlal Rayi və Nəcməddin Kazımlı ilə birgə iştirakçılar aşağıdakı mövzular üzrə geniş müzakirələr apardılar:

- Bank riskləri, likvidlik riski, əməliyyat və bazar riskləri;
- Risk ölçmə metodları və beynəlxalq standartlar;
- Risklərin qiymətləndirilməsi və idarə olunmasında tətbiq edilən alətlər;
- Maliyyə sabitliyi və uyğunluq prinsipləri.

Tərəfimizdən bu cür tədbirlərin davamlı olmasına və sektordakı peşəkarların bilik və bacarıqlarının artırılmasına hər zaman böyük diqqət yetiriləcəkdir.