“Kontakt Home”da dəhşətli olay: satıcı qadın bıçaqlandı - SƏBƏB

“Kontakt Home”da dəhşətli olay: satıcı qadın bıçaqlandı

“Kontakt Home” mağazalar şəbəkəsinin paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən filialında bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində qeydə alınıb.

Məlumata görə, mağazada satıcı işləyən 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyeva bıçaqlanıb. Onun həyat yoldaşı - 1992-ci il təvəllüdlü Fəxrəddin Sədrəddin oğlu Quliyev tərəfindən bıçaqlandığı məlum olub.

Qeyd edilir ki, hadisə zamanı 30 yaşlı qadın qaçmağa çalışsa da, əri ona kürək nahiyəsindən 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.