FHN protokol yazdı, məhkəmə ləğv etdi

FHN protokol yazdı, məhkəmə ləğv etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti “Bem-Beyaz” təhlükəsiziliyi ilə bağlı monitorinq aparıb.

Valyuta.az xəbər verir ki, yoxlama zamanı mağazanın rəhbərliyi müvafiq sənədləri quruma təqdim etməyib.

Bu baxımdan, Xidmət İnzibati Xətalar Məcəlləsinin 602.4-cü (Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma) maddəsi ilə inzibati xəta protokolu tərtib edib. 

Protokola Nəsimi Rayon Məhkəməsində baxılıb və icraata xitam verilməsi barədə qərar qəbul edib.

Məhkəmə zamanı qurumun nümayəndəsi isə artıq müvafiq sənədlərin təqdim edildiyini bildirərək iş üzrə icraata xitam verilməsinə etiraz etməyib.