"Bolmart"da kütləvi zəhərlənmə olub

"Bolmart"da kütləvi zəhərlənmə olub

Bakıda məşhur marketdə 15-ə yaxın şəxs zəhərlənib

Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

Mağazada 15-ə yaxın şəxs zəhərlənib.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

APA