“Əsgərə Xatirə” layihəsi növbəti tədbir keçirib
“Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Müharibə,Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının birgə əməkdaşlığı ilə “8noyabr -Zəfər günü" münasibətilə tədbir keçirilib.
“Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Müharibə,Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirən şəhid və qazi analarına, həyat yoldaşlarına, bacılarına və qız övladlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan etmişlər.
Tədbirdə təşkilatın sədr müavini polkovnik Cəlal Xəlilov nitqində bildirmişdir ki, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı Böyük Qələbə, Zəfər tarixi, qəhrəmanlıq dastanı yazdı.Qazanılan qələbə Ali Baş Komandan, Ölkə Prezidentimizin qətiyyət və cəsarəti, fədakar xalqımızın birliyi və Müzəffər Ordumuzun gücü ilə yaşandı.
Layihə rəhbəri Nuranə Şıxəliyeva bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik bildirmişdir. Azərbaycan Zəfər Günün Mübarək!
Azərbaycanın güclü qanı, döyüş ruhu hələ də ürəyimizdədir. 8 Noyabr Qələbə Günü münasibətilə sizi böyük sevinclə təbrik edirəm!
Sonda layihə rəhbərinin təqdim etdiyi təqdimat əsasında “Əsgərə xatirə” layihəsinin müxtəlif sahələrdə çalışan peşa sahibləri,iş adamları,fəxri üzvləri cəsur və zərif qəhrəmanları
“Hərbi vətənpərvərlik Tərbiyəsində və Hərbi Əməkdaşlıq Sahəsindəki Xidmətlərinə görə” fəxri fərmanlarla təltif olunmuşdurlar.
Bütün dünyada barış olsun,savaş yox!
Güc birlikdə, sevgi həmrəylikdədir!
Qələbəmiz əzəli və əbədi olsun!

