Azər Bayramov yüksək vəzifəyə təyin edildi

Azər Bayramov yüksək vəzifəyə təyin edildi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Baş direktoru postunda yeni təyinat olub.

BusinessTime xəbər verir ki, bu vəzifəyə Azər Bayramov təyin edilib.

Qeyd edək ki, A.Bayramov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini jurnalistika, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi, Azərbaycan Dövlət İqtisad Universitetini (MBA proqramı üzrə) maliyyə, Vyana Diplomatik Akademiyasını Avropa inteqrasiyası və əməkdaşlıq ixtisası üzrə bitirib. Dövlət İdarəçilik Akademiyasında hazırda doktorantura təhsili alır, həmçinin Madrid Politexnik Universitetinin magistridir.

O, Gənclər və İdman Nazirliyində, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və s. qurumlarla birgə icra olunan layihələrdə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, “AzerTelecom” MMC-də rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri olub.

Bir sıra ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkilat komitəsinin, Strateji Yol Xəritəsi üzrə işçi qrupların üzvü və süni intellekt, blokçeyn texnologiyası, robototexnika üzrə mühazirəçisi, BMT-nin rəqəmsal iqtisadiyyat və elektron ticarət üzrə Hökumətlərarası ekspert qrupunun sədri olub.