Elmar Allahverdiyevə «Fəlsəfə Doktoru» elmi dərəcəsi verilib
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev dissertasiya işini uğurla başa çatdırdığı üçün Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilib
Qeyd edək ki, Elmar Allahverdiyev əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun xidmətedici heyətində mexanik vəzifəsində başlamışdır. 03.10.2011-ci il tarixdən 20.02.2012-ci il tarixədək Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük laborant, 20.02.2012-ci il tarixdən 27.05.2013-cü ilə qədər həmin İnstitutda təsərrüfat işləri üzrə qrup rəhbəri vəzifəsində işləmişdir.
2013-cü il 27 may tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təsərrüfat işləri üzrə direktor müavini, 2016-cı il 22 fevral tarixində isə istehsalat üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.Eləcə də 2014-2016-cı illərdə İnstitutda Biotexnologiya laboratoriyasının yaradılmasında yaxından iştirak etmiş və orada aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi üçün ictimai əsaslarla həmin laboratoriyaya rəhbərlik etmişdir.
2018-ci il 16 may tarixindən İnstitutun direktoru, 2019-cu il 26 avqust tarixindən İnstitutun İdarə Heyətinin sədri vəzifəsində çalışır.


