AİB yeni nəşrini təqdim edib

AİB yeni nəşrini təqdim edib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycandakı texnologiya startaplarının ekosisteminə dair nəşrini təqdim edib.

"Azərbaycanda texnologiya startaplarının ekosistemi: Bakı, Gəncə və Sumqayıt" adlı hesabat AİB-nin ölkədə həyata keçirdiyi "Yerli texnoloji startapların inkişafının təşviqi üzrə bilik və dəstək texniki yardımı" layihəsi çərçivəsində dərc edilib.

İngilis dilində nəşr olunan hesabatda yuxarıda adları çəkilən 3 şəhərdə bu sahənin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə bankın layihəyə cəlb etdiyi yerli və xarici mütəxəssislərin bu sahəyə aid tövsiyələri yer alıb.

AİB-in yeni hesabatına əsasən, Azərbaycanın texnoloji startaplar üzrə ekosistemi daha da inkişaf etdirmək

üçün böyük potensialı var. Bu potensialı reallaşdırmaq qurumlar arasında təkmilləşdirilmiş koordinasiya, hüquqi və tənzimləyici islahatlar, təhsilə qoyulan investisiyalar, habelə Bakıdan kənarda yeni startap mərkəzlərinə göstərilən dəstək vasitəsilə mümkündür.