Elm və Təhsil Nazirliyi bu şirkətlə nəhəng müqavilə bağladı
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "S.H. İnşaat Xidməti" MMC ilə nəhəng müqaviləyə imza atıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin görülməsi nəzərdə tutulub.
Bağlanılan müqavilənin maliyyə dəyəri 9 milyon 226 min 796 manat olaraq müəyyənləşib.

