Əfv olunanlar arasında sabiq məktəb direktoru da var

Əfv olunanlar arasında sabiq məktəb direktoru da var

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb.

Modern.az-ın məlumatına görə, əfv olunanlar arasında sabiq direktor Məlikova Aygün Cəbil qızının da adı yer alır.

O, Cəlilabad rayon Muğan kənd orta məktəbində riyaziyyat müəllimi, 2016 və 2022-ci illərdə məktəb direktoru vəzifəsində çalışıb. 

Cəlilabad Rayon Məhkəməsinin 2022-ci il 10 mart tarixli hökmü ilə məhkum edilən sabiq direktor əfv sərəncamına əsasən, həbs müddəti yarıyadək endirilib.