Dünya birjalarında əsas əmtəə qiymətləri artıb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 76,14 ABŞ dollarına təklif edilib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 1,51 ABŞ dolları yaxud 1,98 % bahalaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 73,79 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 2,24 dollar/barel yaxud 3,13 % çoxdur.
Yazar

