Azərbaycan nefti 80 dollara qədər bahalaşıb

Azərbaycan nefti 80 dollara qədər bahalaşıb

Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 79,76 ABŞ dolları təşkil edib.

BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 1,06 ABŞ dolları yaxud 1,35 % irəliləmə deməkdir.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.

Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 77,65 ABŞ dollarına satılıb.

Yazar