Bu il Neft Fondu xaricdə təhsil alanlar üçün 2 milyon manat yönəldib

Bu il Neft Fondu xaricdə təhsil alanlar üçün 2 milyon manat yönəldib

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) cari il büdcəsinin icrası çərçivəsində 1 576 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

BusinessTime quruma istinadən xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat yönəldilib.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 20222026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 2 milyon manat yönəldilib.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,1 milyon manat təşkil edib.