“BP-Azerbaijan”ın vitse-prezidentlərinin səlahiyyət bölgüsü dəyişib - FOTO
“BP-Azerbaijan” şirkətinin 3 vitse-prezidentinin vəzifələri dəyişib.
BusienssTime xəbər verir ki, yeni səlahiyyət bölgüsündə onların Rusiyaya kuratorluq etməyəcəyi görünür.
Dəyişikliyə əsasən Elnarə Məmmədova Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident, Roşni Musai Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident və Kahal Kelli Azərbaycan, Gürcüstan, Türkiyə, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, 1992-ci ildən Azərbaycana gələn şirkətin hazırda 12 vitse-prezidenti var ki, onların 5-i azərbaycanlıdır.
Yazar




