“Bitcoin” kriptovalyutasının qiyməti 70 min dollara yüksəlib

“Bitcoin” kriptovalyutasının qiyməti 70 min dollara yüksəlib

Martın 8-də “Bitcoin” kriptovalyutasının qiyməti rekord müəyyən edərək 70 min dollara çatıb.

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası yanvarın sonunda 11 “Bitcoin spot” fondunu təsdiqlədikdən sonra investorlar kriptovalyutalara daha çox maraq göstərməyə başlayıblar. Martın 5-də “Bitcoin” kriptovalyutasının kapitallaşması 1,35 trilyon dollara yüksəlib.

Agentliyin məlumatına görə, kapitallaşmanın artmasına ABŞ-da yeni spot birja fondlarının (ETF) “Bitcoin”ə artan tələbatı səbəb olub.