Dövlət Agentliyi yeni avtomobillərə 8 milyon manat xərcləycək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BusinessTime dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abşeron Avtomobil Mərkəzi" MMC-dir. Qalib şirkətə 7,909 milyon manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri təxminən 122 min manata başa gələcək.

