Azərbaycan neftinin qiyməti 84 dollara qədər artıb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 83,80 ABŞ dolları təşkil edib.
Businesstime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 1,95 ABŞ dolları yaxud 2,38 % irəliləmək deməkdir.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.
Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 80,26 ABŞ dollarına satılıb.
Yazar

