Dünya birjalarında xam neft ucuzlaşmaqda davam edir
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 72,33 ABŞ dollarına təklif edilib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 2,99 ABŞ dolları yaxud 3,97 % ucuzlaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Şərqi Texas) markalı xam neftin bir barelinin qiyməti 68,6 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 3,06 dollar/barel yaxud 4,27 % azdır.
Yazar

