“Azərkontrakt”ın Azərətsüd İcarə Topdansatış Birliyi də ləğv olundu

“Azərkontrakt”ın Azərətsüd İcarə Topdansatış Birliyi də
Ləğv prosesində olan Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin Azərətsüd İcarə Topdansatış Birliyi ləğv olunduğunu elan edib.
Bu barədə BusinessTime.az Birliyə istinadən xəbər verir.
Kreditorlar iki ay ərzində tələblərini Az 1029 Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 6-cı köndələn küçəsi, mənzil 2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Azərətsüd İcarə Topdansatış Birliyi 1998-ci ildə yaradılıb.