“Rabitəbank”ın vergi borcu yaranıb
“Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vergi borcu yaranıb.
Bankın hazırda Dövlət Vergi Xidmətinə olan borcu 13 882,02 manat təşkil edir.
Bankın bu vergi borcunu ödəməməsinin səbəbi məlum deyil. Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101 300 077,19 manatdır.
Bankın səhmlərinin 11,48 %-i Müşahidə Şurasının sədri Zakir Nuriyevə məxsusdur.
Qeyd edək ki, bankın İdarə Heyətinin sədri Aydın Hüseynovdur.

