APA TV-nin 12 yaşı tamam olur

APA TV-nin 12 yaşı tamam olur

Bu gün APA TV-nin efir həyatına başlamasından 12 il ötür.

 "APA Group"un tərkibinə daxil olan internet televiziyasında gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

BusinessTime.az kollektivi APA TV-ni ad günü münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!