“ABB İnvest"in dövriyyəsi 1,4 mlrd. manat azalıb

“ABB İnvest"in dövriyyəsi 1,4 mlrd. manat azalıb

2026-cı ilin yanvar-aprel aylarında "ABB Invest İnvestisiya Şirkəti"nin dövriyyəsi 14 milyard 47 milyon 793 min manat təşkil edib.

Şirkətin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 392 milyon 397 min manat azalıb. 

2025-ci ilin eyni dövründə "ABB Invest İnvestisiya Şirkəti"nin dövriyyəsi 15 milyard 440 milyon 191 min 223 manat olub.

2026-cı ilin ilk dörd ayında investisiya şirkətinin əməliyyat sayı isə 6 183 olub. (valyuta.az)