Pərviz Sədrəddinov vəzifəsindən ayrılıb
Kapital Bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov vəzifəsindən ayrılıb.
Bu barədə BusinessTime-a Pərviz Sədrəddinov özü məlumat verib.
O bildirib ki, bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğum doğma Kapital Bank-dan ayrılıram. Bu illər təhsilim, peşəkar təcrübəm, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub.
Fəaliyyətimin effektiv olmasına birbaşa təsir edən, ölkənin media monitorinq reytinqlərində hər zaman Kapital Bank-ı birinci edən Kütləvi İnformasiya Vasitələrinə, jurnalist dostlara “Çox sağ olun” demək istərdim. Hər zaman demişəm, yenə təkrar edirəm - bizi, yəni mətbuat katiblərini “Biz” edən media nümayəndələridir. Dostlar hər bir şeyə görə çox sağ olun!
P.Sədrəddinov yeni iş yeri ilə bağlı yaxın zamanlarda məlumat verəcəyini qeyd edib.

