"Yahoo" Azərbaycandakı bazar payının nə qədərini itirib?

"Yahoo" Azərbaycandakı bazar payının nə qədərini itirib?

Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 79,38 % təşkil edib.

Bu, oktyabr ayına nisbətən 2,54 faiz bəndi, 1 il əvvəlin göstəricisi ilə müqayisədə 4,8 faiz bəndi azdır.

İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 2,71 faiz bəndi, illik isə 4,31 faiz bəndi artaraq 18,34 % olub.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,01 faiz bəndi, illik isə 0,53 faiz bəndi artaraq 1,5 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,08 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,05 faiz bəndi artaraq 0,4 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,12 faiz bəndi, illik müqayisədə isə 0,12 faiz bəndi azalaraq 0,31 % olub. Beləliklə bu axtarış sistemin bazar payı son 1 ayda 28 % azalıb.(Report)