XİN Türkiyəyə başsağlığı verdi

XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Boluda “Kartalkaya” xizəkçilik kurortunda yerləşən hoteldə yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə nəticəsində 10 nəfər həlak olub, daha 32 nəfər isə yaralanıb.